Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablansın - TƏKLİF
Müəllimlərin sertifikasiya nəticəsinə görə əməkhaqqı əlavələrinin hesablanmasında daha çox bal intervalı tətbiq olunması təklif edilir.
Redaktor.az xəbər verir ki, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “AzEdu Podkast” verilişində hazırkı bölgünün müəllimlər arasında narazılıq yaratdığını bildirib.
Onun sözlərinə görə, 50 bal toplayan müəllimlə 51 bal toplayan müəllimin maaşına tətbiq edilən əlavələr arasında ciddi fərq yaranır. Cəmi bir bal fərq müəllimin 35 faizlik əvəzinə 10 faizlik əlavədən yararlanması ilə nəticələnir.
Tədqiqatçı hesab edir ki, nəticələrin daha kiçik intervallarla qiymətləndirilməsi müəllimlərin əməyinə daha ədalətli yanaşmağa imkan verər.
“Məsələn, hər 10 bal aralığında müəyyən maaş artımı faizi tətbiq etmək olar”, – o deyib.
Elmin Nuri bu təklifin həyata keçirilməsi üçün maliyyə imkanlarının və hesablama mexanizminin nəzərə alınmasının vacibliyini də vurğulayıb.













