257 məktəbəqədər təhsil işçisi sertifikatlaşdırmaya cəlb OLUNACAQ

 12:38 11.11.2026     123

“Cari ilin 5-6 dekabr tarixlərində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan metodist və tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsinin keçirilməsi nəzərdə tutulur”.

Redaktor.az
xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Naxçıvan MR-in Təhsil Nazirliyi Aparatının şöbə müdiri Məmməd Bayramov deyib.

Şöbə müdiri bildirib ki, sertifikatlaşdırma prosesinin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi, onların peşəkar inkişafının təşviq edilməsi, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir: “Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ümumilikdə 20 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə çalışan metodist və tərbiyəçi-müəllimlərdən ümumilikdə 257 nəfərin sertifikatlaşdırma prosesində iştirakı planlaşdırılır. Onlardan 13 -ü metodist, 244-ü  isə tərbiyəçi-müəllimdir.

Sertifikatlaşdırmada iştirak üçün azı 3 il pedaqoji staja malik olmaq əsas şərtlərdən biridir. Yaşı 60 və daha yuxarı olan təhsilverənlərin iştirakı könüllülük prinsipi əsasında həyata keçirilir. Sosial məzuniyyətdə, hamiləliklə əlaqədar məzuniyyətdə olanlar, eləcə də pedaqoji stajı 3 ildən az olan əməkdaşlar sertifikatlaşdırma prosesinə cəlb edilmirlər”.

Vumart və Güvən reklamı Vumart Güvən