Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşdü - FOTO
Noyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb.
Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində sözügedən ali təhsil müəssisəsi ilə cari əlaqələr, habelə beynəlxalq ikili diplom proqramı üzrə əməkdaşlıq, eləcə də inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.















