Bu şəxslər dövlət qulluğuna imtahansız təyin ediləcək - Prezident TƏSDİQLƏDİ

 13:22 16.11.2026     151

Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Redaktor.az
xəbər verir ki, edilən dəyişikliklərə əsasən, dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxs müsabiqədə iştirak etmədən bir dəfə dövlət qulluğu vəzifəsinə təyin edilə bilər.

Bunun üçün həmin şəxs dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 (beş) iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. 

Dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər “Dövlət qulluğu sertifikatı” tələb edilmədən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən