"İnsanın əlindəki kağız parçası biliklərindən vacib deyil" - Nazir

 12:58 18.11.2026     105

“Bu gün Azərbaycanın hansısa bölgəsində peşə təhsilinə cəlb olunmuş müəllimin bacarığı tələbənin, şagirdin öyrənə biləcəyi bilik və bacarıqların maksimum həddini müəyyən edir. Yəni tələbə müəllimindən daha çoxunu öyrənə bilməz. Bu mənada təhsilverənlərin keyfiyyəti çox önəmlidir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” panel müzakirəsində səsləndirib.

Nazir qiymətləndirmə məsələsi ilə danışaraq qeyd edib ki, insanın əlindəki kağız parçası onun biliklərindən vacib deyil: “Diplomun arxasında – fərqi yoxdur, peşə təhsili və ya ali təhsil olsun – nəyin dayandığını müəyyənləşdirmək, mənə görə, təhsil müəssisələrimizin əsas, vacib və prinsipial mövqeyi olmalıdır. Yəni diplomu təhsil aldığı illərə görə yox, biliyə və bacarığa görə vermək lazımdır” (Azərbaycan müəllimi).

Vumart və Güvən reklamı Vumart Güvən