Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlər üçün son 1 gün!

 16:47 18.11.2026     28

Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi 19 noyabr saat 12:00-dək davam edəcək.

Bu barədə Redaktor.az-a Təhsil İnstitutundan məlumat verilib.

İştirakçılar https://portal.edu.az/ platformasına daxil olaraq, “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətlərdən faydalana bilərlər.

VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.

Vumart və Güvən reklamı Vumart Güvən