Müəllimlər yeni dərsliklərlə bağlı rəylərini necə bildirirlər? - Nazir müşaviri AÇIQLADI

 11:05 19.11.2026     105

Pilot dərsliklərin tətbiq edildiyi məktəblərdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun mütəxəssisləri tərəfindən dərslər müşahidə olunur, müəllimlərin rəyləri və tədris zamanı yaranan çətinliklər öyrənilir.

Redaktor.az xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev bildirib.

Onun sözlərinə görə, pilot dərsliklərin sınaqdan keçirilməsi prosesi yalnız onların məktəblərə təqdim olunması ilə məhdudlaşmır:

“İnstitutun mütəxəssisləri pilot proqramların həyata keçirildiyi məktəblərə monitorinqlərə gedirlər. Pilot dərsliklərin istifadə olunduğu siniflərdə dərslərdə iştirak edirlər. Tədris prosesində uşaqların müvafiq dərsliklə necə işlədiyini müşahidə edirlər. Eyni zamanda müəllimlərlə müsahibələr, söhbətlər aparır, onların rəylərini toplayırlar. Pilot dərslikləri tədris edən müəllimlərin rəqəmsal müzakirə qrupu da var. Müəllimlər tədris prosesində qarşılaşdıqları çətinliklərlə bağlı suallarını həmin qrupda ünvanlaya bilirlər. Bu suallar ətrafında müzakirələr aparılır və yeni yanaşmalar nəzərdən keçirilir”.

E.Əliyev qeyd edib ki, müəllimlərdən toplanan rəylər və dərslər zamanı aparılan müşahidələr dərsliklərin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.

O həmçinin vurğulayıb ki, dərsliklər kütləvi şəkildə çap edilərək bütün şagirdlərin istifadəsinə verilməzdən əvvəl bir neçə mərhələdən ibarət ciddi hazırlıq və qiymətləndirmə prosesindən keçir (Azərbaycan müəllimi).

Vumart və Güvən reklamı Vumart Güvən