Nazir BDU-nun prorektorunu işdən çıxardı - FOTO

 20:20 20.11.2026     119

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad edilib.

Redaktor.az ölkə.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.

Coğrafiya elmləri doktoru, professor Fərda İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışırdı. O, 2021-ci ildən bu vəzifəni tuturdu.

Fərda İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı vəzifələrində çalışıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən