Məleykə Abbaszadə rektor köməkçisini işdən ÇIXARDI
Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.
Redaktor.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə əmr imzalayıb.
Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.
Qeyd edək ki, Nərmin Heydərli BDU-nun bir neçə gün əvvəl işdən çıxarılan rektoru Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.













