Məleykə Abbaszadə heç bir əməkdaşın işdən çıxarılması və ya təyinatı ilə bağlı əmr imzalamayıb - BDU

 17:24 21.11.2026     104

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim olunub.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən Redaktor.az-a bildirilib ki, Məleykə Abbaszadə rektor vəzifəsinin icrasına başladıqdan sonra heç bir əməkdaşın işdən azad olunması və ya vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalamayıb.

Universitet BDU ilə bağlı məlumatların yayılmasından əvvəl İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirilməsini və rəsmi xəbərlərə istinad olunmasını xahiş edib.

Vumart və Güvən reklamı Vumart Güvən