Keçmiş təhsil məmurlarının növbəti ünvanı: BDU

 17:43 21.11.2026     93

Təhsil sektorunda fəaliyyət göstərən bəzi məmurlar vəzifədən getdikdən sonra da bu sahədən uzaqlaşmayıblar. Onlar daha əvvəl təhsil siyasətinin formalaşmasında iştirakçı olsalar da, ardınca karyeralarını akademik mühitdə, universitetlərdə davam etdiriblər.

Bu kontekstdə Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) daha çox fərqlənir. Belə ki, bir vaxtlar təhsil sahəsində mühüm qərarlar verən şəxslərin vəzifədən ayrıldıqdan sonra üz tutduqları mühüm ünvanlardan biri məhz BDU-dur.

Redaktor.az oxu.az-a istinadla onlarla bağlı məlumatları təqdim edir:

1. Misir Mərdanov - 1989-cu ildən 1992-ci ilin oktyabr ayına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrini tutub. 1992-1996-cı illərdə BDU-da tədris işləri üzrə prorektor, 1996-1998-ci illərdə isə rektor vəzifəsində çalışıb. Misir Mərdanovun karyerasının əsas mərhələsi 1998-ci ildən 2013-cü il aprelin 18-nə qədər olan dövrü əhatə edir. Bu illərdə o, təhsil naziri olub. Cari ilin yanvar ayından isə sabiq nazir universitetin Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.

Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU

2. İradə Hüseynova - 1985-2005-ci illərdə BDU-da müəllim olan İradə Hüseynova 2002-ci ildə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 2011-ci ilə qədər bu vəzifəni tutub. Sabiq nazir müavini hazırda BDU-da Qafqaz xalqları tarixi kafedrasının müdiridir.

Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU

3. İlham Pirməmmədov - 1998-2013-cü illərdə Təhsil Nazirliyində aparat rəhbəri, 2013-2016-cı illərdə isə nazir müşaviri vəzifələrində çalışıb. Vəzifəsindən ayrıldıqdan sonra Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsinə təyin olunsa da, BDU-nun Nəzəri mexanika kafedrasında pedaqoji fəaliyyətlə də məşğuldur.

Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU

4. Məleykə Abbaszadə - 1994-cü ildə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini olub. 1996-2000-ci illərdə sədr vəzifəsini müvəqqəti icra edən Məleykə Abbaszadə 2000-2016-cı illərdə TQDK-nın sədri vəzifəsini tutub. 2016-cı ildən TQDK-nın bazasında yaradılmış Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 2024-cü ildən isə İdarə Heyətinin sədri təyin edilib. Bu il noyabrın 19-da vəzifəsindən azad edilərək BDU-ya rektor təyin olunub.

Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU

Vumart və Güvən reklamı Vumart Güvən