Direktor müavini direktor vəzifəsinə təyin edildi - FOTO

 19:15 22.11.2026     99

Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Abbaslı yeni vəzifəyə təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə məktəbin rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, Vəfa Abbaslı Gədəbəy rayonu Novosaratovka kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilib.

Məktəbin kollektivi Vəfa Abbaslını yeni vəzifəsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Xədicə BAXIŞLI

2
Vumart və Güvən reklamı Vumart Güvən