Qarabağ Universitetindən tələbələrin mübahisəsi ilə bağlı AÇIQLAMA

 20:09 23.11.2026     52

Qarabağ Universiteti tələbələr arasında baş verən mübahisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, universitetin açıqlamasında mübahisənin təhsil müəssisəsindən kənarda baş verdiyi qeyd olunub.

Bildirilib ki, hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib.

Universitetdən, həmçinin vurğulanıb ki, sözügedən məsələ ilə əlaqədar heç bir tələbə təhsil müəssisəsindən xaric edilməyib.

Qarabağ Universiteti media nümayəndələrindən qurumla bağlı məlumatların dəqiq və obyektiv təqdim olunması üçün universitetin mətbuat xidmətinə müraciət edərək məlumatları dəqiqləşdirmələrini xahiş edib.

Vumart və Güvən reklamı Vumart Güvən