Bakıda bu məktəbə yeni direktor təyin OLUNDU
67 nömrəli tam orta ümumtəhsil məktəbinə yeni direktor təyin edilib.
Redaktor.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə İlkin Əflatun oğlu Əliyev məktəbin direktoru vəzifəsinə təyin olunub.
Məktəbin sosial şəbəkə hesabında yayılan məlumata görə, 15 sentyabr 2019-cu ildən pedaqoji fəaliyyətlə məşğul olan İlkin Əliyev bu təyinata qədər 136 nömrəli tam orta ümumtəhsil məktəbində direktor müavini vəzifəsində çalışıb.
İxtisasca ingilis dili müəllimi olan İlkin Əliyev yeni vəzifəsində fəaliyyətə başlayıb.
Xədicə BAXIŞLI













