Bakının bu məktəbində nə baş verib? - Polis araşdırma APARDI

 21:17 24.11.2026     167

Paytaxtın Nərimanov rayonunda yerləşən Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbdə şagirdlər arasında insident baş verib.

Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı APA-nın sorğusuna cavab olaraq bildirib ki, Paytaxtın Nərimanov rayonunda yerləşən məktəblərin birində şagirdlər arasında baş verdiyi iddia olunan hallar polis tərəfindən araşdırılıb.

Təhsil müəssisəsinin aidiyyəti heyəti və şagirdlər valideynləri ilə birgə ərazi üzrə polis şöbəsinə dəvət edilərək onlarla profilaktik iş aparılıb, narazılığa səbəb olan hallar müəyyən olunaraq aradan qaldırılıb.

Həmin hərəkətlərdə hər hansı kriminal tərkib müəyyən olunmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən