Elnarə Canbaxışlı bu məktəbə direktor təyin EDİLDİ
Bakı şəhəri 216 nömrəli tam orta məktəbin yeni direktoru Canbaxışlı Elnarə Tofiq qızı təyin olunub.
Redaktor.az xəbər verir ki, Elnarə Canbaxışlı 2002-ci ildən təhsil sahəsində fəaliyyət göstərir.
O, əmək fəaliyyətinə 20 nömrəli tam orta məktəbdə başlayıb. Daha sonra 3 nömrəli Xüsusi Tam Orta Ümumtəhsil Məktəbində, ardınca isə 149 nömrəli tam orta məktəbdə çalışıb.
Müxtəlif təhsil müəssisələrində fəaliyyət göstərən Elnarə Canbaxışlı tədris prosesinin təşkili, təhsilalanlarla iş və məktəbdaxili fəaliyyət sahələrində zəngin təcrübə qazanıb.
T.İSMAYIL













