Bakıdakı bu liseyə yeni direktor təyin EDİLDİ
Bakı şəhəri Zəngi liseyinə yeni direktor təyin edilib.
Redaktor.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Zəhra Qafil qızı Əkbərova liseyin direktoru vəzifəsinə təyin olunub.
Liseyin sosial şəbəkə hesabında yayılan məlumata görə, 2014-cü ildən pedaqoji fəaliyyətlə məşğul olan Zəhra Əkbərova bu təyinata qədər Cavid Nurməmmədov adına 108 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Xədicə BAXIŞLI













