Təhsil Ekspertləri Mərkəzi hansı işləri görəcək? - Sədr AÇIQLADI

 12:21 25.11.2026     96

Məlumat verdiyimiz kimi, bir qrup təhsil mütəxəssisi və təhsil mediası nümayəndələrinin təşəbbüsü ilə Təhsil Ekspertləri Mərkəzi yaradılıb. Mərkəzin sədri isə təhsil eksperti Məzahir Məmmədlidir.

Redaktor.az mərkəzin hansı işləri görəcəyi haqda məlumat almaq üçün Məzahir Məmmədli ilə həmsöhbət olub.

Ekspertin sözlərinə görə, Mərkəzin İdarə Heyətinin üzvləri arasında sosial media üzərindən fəal olan, təhsil saytını yönləndirən, tədqiqat aparan və müəllimliklə məşğul olan şəxslər var:

"Bir sözlə demək olar ki, aramızda bütün sahələr üzrə bilikli olan mütəxəssislər var. Biz çalışacağıq ki, təhsildə yaranmış problemləri, ondan irəli gələn çətinlikləri müəyyən edək və onun həlli istiqamətlərini müəyyənləşdirək. O cümlədən də təhsildə olan uğurları da, çatışmazlıqları da müəyyən edək və cəmiyyətə çatdıraq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən