Vitse-spiker şagirdlərlə bir arada - FOTO
Milli Məclis sədrinin müavini, 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat Musa Qasımlı Masallı rayonunun Qəriblər kənd tam orta ümumtəhsil məktəbinə baş çəkib.
Redaktor.az xəbər verir ki, deputat məktəbdə müəllimlərlə görüşüb, tədris prosesi ilə tanış olub.
Səfər zamanı Musa Qasımlı şagirdlərlə də görüşüb, onlarla söhbət edib və xatirə şəkli çəkdirib.
Məktəbə başçəkmə çərçivəsində təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olan deputat müəllim və şagirdlərlə səmimi ünsiyyət qurub.
T.İSMAYIL















