Goranboyda iki məktəbə yeni direktor təyin edilib - FOTO

 21:39 27.11.2026     88

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən çox olan 13 ümumtəhsil müəssisəsinə son bir ay ərzində direktor təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, son təyinatlar çərçivəsində Daşkəsən rayonu üzrə 1, Goranboy rayonu üzrə isə 2 olmaqla, ümumilikdə 3 ümumtəhsil müəssisəsinə direktor təyin edilib.

Direktor vəzifəsinə təyin edilən şəxslər aşağıdakılardır:

İsmayılova Türkanə Anar qızı – Goranboy rayonu Hilal Abdullayev adına Nərimanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru;

Tağıyeva Gülzadə Qəşəm qızı – Daşkəsən şəhər A. Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;

Abbasov Təbriz Əlif oğlu – Goranboy şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru.

T.İSMAYIL

222
Vumart və Güvən reklamı Vumart Güvən