“Dərsliklərin məzmunu” mövzusunda üçüncü təlim-müzakirə sessiyası keçirilib

 15:54 28.11.2026     84

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim-müzakirə sessiyası keçirilib. 

Redaktor.az xəbər verir ki, “Dərsliklərin məzmunu” mövzusuna həsr olunan üçüncü sessiya STEAM İnnovasiya Mərkəzində baş tutub.

Tədbirin əvvəlində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev layihənin məqsədi barədə məlumat verib. O, elm və təhsil sahəsində baş verənyeniliklərin, həyata keçirilən islahatların mediada peşəkar və dolğun şəkildə təqdim edilməsinin vacibliyini vurğulayıb, buistiqamətdə jurnalistlərin bilik və bacarıqlarının artırılmasının əhəmiyyətini qeyd edib.

Sessiyada Azərbaycan Respublikası Təhsil İnstitutunun(ARTİ) Tədris resursları şöbəsinin müdiri, fizika fənni üzrəmüəllif Rasim Abdurazaqov mövzu ilə bağlı təqdimatla çıxışedib. O bildirib ki, yeni dərslik komplektləri həm Azərbaycan, həm də rus bölmələrində təhsil alan şagirdlər üçün hazırlanıb. Riyaziyyat dərsliklərində ibtidai siniflərdə konkret-təsviri-mücərrəd öyrətmə yanaşması əsas götürülüb, gündəlik həyatda rast gəlinən məsələlərə, eləcə də məsələ həllində "Polya" prinsipinin tətbiqinə xüsusi yer ayrılıb. Qeyd olunubki, Azərbaycan dili və riyaziyyat fənləri üzrə yeni dərslik komplektləri iki il ərzində 275 məktəbdə təxminən 7300 şagirdin iştirakı ilə pilot sınaqdan keçirilib. Hazırda yeniriyaziyyat dərslikləri ümumi təhsil müəssisələrinin 1-7-ci siniflərdə tətbiq olunur.

R.Abdurazaqov beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Britaniya və Sinqapurun nəşriyyatları ilə birgə ingilis dili, təbiət və riyaziyyat fənləri üzrə dərslik və kurikulumların hazırlanması istiqamətində əməkdaşlıq edildiyi diqqətə çatdırıb. Eyni zamanda ölkə təhsilinin məzmununun dünyadaqəbul olunmuş standartlara uyğunlaşdırılması üzrə tədbirlər həyata keçirilir.

Daha sonra riyaziyyat dərsliklərinin layihə rəhbəri vəhəmmüəllifi Zaur İsayev dərsliklərin hazırlanması prosesini, dərsliklərdə mövzu seçiminin, hansı sinifdə hansı mövzunun tədris olunmasının kurikulum əsasında müəyyən olunduğunuvurğuladı. Onun sözlərinə görə, bu prosesdə müəlliflərlə yanaşı, ekspertlər, rəyçilər, məsləhətçilər və digər mütəxəssislər də iştirak edirlər. Z. İsayev bildirib ki, dərslikləriki il pilot mərhələsindən, həmçinin Elm və Təhsil Nazirliyinin dördmərhələli ekspertiza prosesindən keçir. Bu müddətdə nazirliyin ekspert qrupu dərsliyin kurikulumauyğunluğunu və məzmununun düzgünlüyünü yoxlayır.

Tədbirdə çıxış edən fizika və təbiət dərsliklərinin layihə rəhbəri, həyat bilgisi dərsliklərinin həmmüəllifi Yalçınİslamzadə həmkarlarının fikirlərinə dəstək olaraq bildirib ki, ekspertiza zamanı dərsliklərə geniş həcmdə rəylər təqdim olunur. Bir dərsliklə bağlı rəylərin həcmi 70-80 səhifəyə, sayıisə 300-ə çata bilir. Rəylərin toplanması təxminən bir ay davam edir və proses mart-aprel aylarında yekunlaşır. Y.İslamzadə fizika dərsliklərinə dair son zamanlar səsləndirilən iradlara münasibət bildirib.  

İnteraktiv formatda davam edən sessiyada media nümayəndələrinin sualları cavablandırılıb, mövzu ətrafındafikir mübadiləsi aparılıb.

222222222222
Vumart və Güvən reklamı Vumart Güvən