Xədicə Murad “Sevilənlər sevənlər”in qonağı olub

 11:35 06.05.2020     1443

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayınlar ilə izləyiciləri sevindirməkdə davam edir. 05 may 2020-ci il tarixində keçirilən canlı yayımın növbəti qonağı  Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, dosent, “Məlhəm” Humanist Qadınlar  İctimai Birliyinin sədri, şair, dramaturq, Yusif Məmmədəliyev adına qızıl medala layiq görülmüş Xədicə Murad olub.

Redaktor.az xəbər verir ki, geniş izləyici kütləsi toplayan “Sevilənlər sevənlər” rubrikasının qonağı, Xədicə Murad  izləyicilərə özü haqda məlumat verərək, fəaliyyəti və yaradıcılığından bəhs edib. Daha sonra qonaq izləyicilərin suallarını cavablandırib, onların arzu və istəklərini nəzərə alaraq öz şeirlərini, müəllifi olduğu bayatıları canlı yayımda səsləndirib. Bundan əlavə Xədicə xanım təsisçisi olduğu “Məlhəm” Humanist Qadınlar  İctimai Birliyinin yaranma tarixindən, birliyin məqsəd və vəzifələrindən, indiyə qədər qazandığı uğurlardan söhbət açıb.

 Canlı yayımda müasir gənclik, mütaliə maraqları və s. bu kimi mövzular ətrafında maraqlı söhbət aparılıb. Sonda Xədicə xanım bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib..