Zaqatala sakini hündürlükdən yıxılaraq xəsarət alıb

 21:14 18.02.2021     191

Zaqatalada 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Redaktor.az-ın məlumatına görə, rayonun Yuxarı Tala kənd sakini 1966-cı il təvəllüdlü Natiq Cəfər oğlu Babayev kəllə-beyin travması ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub, vəziyyəti ağır qiymətləndirilir.

Müayinə zamanı N.Babayevin hündürlükdə iş görən zaman nərdivandan yıxılaraq xəsarət aldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır. //APA