Qəbələdə ikimərtəbəli ev yanıb - FHN

 10:17 19.02.2021     497

Qəbələ rayonunun İkinci Pirəli kəndində fərdi yaşayış evində güclü yanğın olub.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.