Heydər Əliyev prospektində qəza - Hərəkət dayandı... / FOTO

 11:36 19.02.2021     341

Bakının Heydər Əliyev prospektinin köməkçi yolunda qəza baş verib.

Redaktor.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu səbəbdən yolda hərəkət tam dayanıb, bütün ekspress və müntəzəm xətt avtobusları hazırda şəhər istiqamətində hərəkət edə bilmir.