Cəlilabadda yol qəzası olub - VİDEO

 22:15 19.02.2021     159

Cəlilabad rayonunda yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayon ərazisində, Diaqnostika və Müalicə Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil "Mercedes" markalı minik avtomobilinə çırpılıb. "Mercedes" sonra zərbənin təsirindən yolun kənarındakı işıq dirəyinə çırpılaraq, onu aşırıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. //Report