Bakıda yeni işədüzəltmə fırıldağı - "SİZ SEÇİLMİSİNİZ" / FOTO

 23:18 19.02.2021     534

Azərbaycanda iş axtaran vətəndaşların aldadılması üçün yeni fırıldaq üsulu yayılıb.

Redaktor.az xəbər verir ki, bu özünü "İGMA" ASC kimi qələmə verən şəxslər tərəfindən həyata keçirilir. İş axtaran şəxslər Feysbuk və İnstagramdakı reklamlar vasitəsilə tapılır.

Eləcə də bax: Xidməti müqavilələrə yeni məhdudiyyət qoyulur – QANUNA DƏYİŞİKLİK

Bu elanlarda istifadəçilərdə böyük maraq yaradan aylıq əmək haqqı 1150 manat  olan sürücü işi elanı verilir.

Burada bildirilir ki, işə qəbul edilən sürücülər Bakıdan rayonlara məişət texnikası və avadanlıqlar daşıyacaqlar. İnandırıcı olması üçün şirkətin əməkdaşlıq etdiyi, yəni guya mallarını daşıdıqları şirkətlərin və brendlərin adları da sadalanır.

Eləcə də bax: Uşaqların pulunu mənimsəyən, onları oğru edən - “GOAFAZ”!

Müraciət edən namizədlərə bir neçə ümumi sual verildikdən bir qədər sonra onların telefonuna "Siz seçilmisiniz" mesajı gəlir. İş üçün müraciət edən şəxsə bilirilir ki, onun göstəriciləri sürücü işinə qəbul üçün uyğundur və işə işə qəbul ediləcək.

Bunun təsdiqi olaraq seçilmiş şəxsə guya şirkətin rəsmi saytı olan link göndərilir. 

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan – RAYONLAR/ŞƏHƏRLƏR - SİYAHI, MƏBLƏĞLƏR

Maraqlısı odur ki, şirkətin rəsmi internet səhifəsi kimi təqdim edilən sayt doğrudan da ilk baxışdan ciddi təsir bağışlayır. Burada şirkətdə istifadə olunan avtomobillərinin şəkilləri göstərilir və bildirilir ki, sürücülər işləmək istədikləri avtomobiləri özləri seçə bilərlər.

Amma diqqətlə baxdıqda məlum olur ki, sayt Azərbaycan domenində yığılmayıb və qondarma səhifədir.  

Saytda "İGMA" ASC-nin "əməkdaşlıq etdiyi" şirkətlərin siyahısı - "Samsung", "HOFFMANN", "LG", "Gorenje", "Philips", "HTC", "Sony", "Braun", "Hansa", "Kenwood", "Redmond", "Russell Hobbs", "THOMAS", "GIGASET",  hətta "Toyota", "Meizu" kimi şirkətlərin adları yer alıb.

Eyni zamanda, saytda "yüklərin daşındığı" rayon və şəhərlərin siyahısı var. Siyahıdan məlum olur ki, şirkət bütün ölkəyə yük daşıyır. "Yüklər" isə satış üçün nəzərdə tutulan məişət texnikası, soyuducu, televizor və sair mallardır.

Azərbaycanda maaşların ən çox və ən az artdığı – RAYONLAR/ŞƏHƏRLƏR - TAM SİYAHI

Saytda hətta "vəzifə təlimatı" var, burada ayrı-ayrı bəndlərdə sürücünün "hüquqları və vəzifələri" sadalanır, onlara vəzifələrini məsuliyyətlə yerinə yetirmələri xatırladılır.

Şirkətdən istifadəçiyə bildirilir ki, işə qəbul olunmaq üçün seçilib və işə qəbul üçün lazım olan sənədləri  - şəxsiyyət vəsiqəsi, sosial kartı, sürücülük vəsiqəsi və əmək kitabçasını özü ilə götürərək ...ödəniş terminalına yaxınlaşmalıdır. Burada seçilmiş namizədlər "şirkətin rəsmi nümaynədəsi" olan "Akif müəllim"ə zəng edib onun dediyi hesaba 51 manat tibbi sığorta pulu ödəməlidirlər. Yalnız bundan sonra onlara şirkətin ünvanı deyiləcək və onlar "ofis"ə yaxınlaşacaqlar.

Belə hallarla üzləşən şəxslərin FED.az-a müraciətindən sonra aparılan kiçik araşdırma ümumiyyətlə, "İGMA" ASC adlı qurumun mövcud olmadığını göstərdi.

Daha dəqiqi, göstərilən nömrəyə zəng etdikdə özünü Arif müəllim kimi təqdim edən şəxs (050 647 44 13) bildirdi ki, tibbi sığorta haqqı yalnız terminalın yanında və onun göstərdiyi hesaba ödənilməlidir. "Arif müəllim"dən ofisin yerini soruşduqda bildirdi ki, şirkətin 4 filialı var, amma onların dəqiq ünvanını demək olmaz:

"Çünki pandemiya dövründə bir neçə yüz insanın bir yerə toplanması təhlükəlidir".

Şirkət təmsilçisi bildirdi ki, şirkətin ünvanı yalnız "tibbi sığorta haqqı" ödənildikdən sonra bildiriləcək. Daha sonra isə bu telefon söndürülüb.

Qeyd edək ki, hazırda iş axtaran vətəndaşların sayı kifayət qədərdir. Xüsusilə, ali təhsil tələb etməyən və əksəriyyətin icra etməsi imkanı olan sürücü peşəsinə tələbat yüksəkdir.

Belə vəziyyətdən istifadə edən bəzi şirkətlər "tibbi sığorta pulu" adı ilə namizədlərdən pul toplamağa çalışırlar.

Azərbaycan qanunvericiliyinə görə, işçilərin işə qəbulu zamanı heç bir sığorta haqqı ödənilməsi nəzərdə tutulmayıb. Qanunvericiliyə əsasən işçilər 2 növ sığorta ilə təmin olunmalıdırlar. Bunlardan birincisi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi, ikincisi isə bütün ölkə vətəndaşlarında olduğu kimi, icbari tibbi sığortadır.

Bu sığortalardan hər ikisi icbaridir, amma bununla bağlı ödənişi işəgötürən etməlidir. Birinci sığorta üzrə ödəniş işçinin əmək haqqı və çalışdığı vəzifədən, ikincisi isə maaşından asılıdır. Amma heç bir halda işçinin işə qəbulu zamanı, sığorta haqı ödəməsi nəzərdə tutulmayıb.

Ona görə də, iş axtaranlar belə hallarda diqqətli olmalı, real ünvanlara getmədən və şirkətin sənədləri ilə tanış olmadan əvvəlcədən ödəniş etməməlidirlər. 

"İGMA" ASC və "Arif müəllim" ilə isə hüquq mühafizə orqanları məşğul olmalıdır.