Tərtərdə yanğın olub - FHN

 09:16 20.02.2021     699

Tərtər rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, rayonun Səhləbad kəndində ümumi sahəsi 12 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.