Salyanda keçmiş məhkum şantaja görə saxlanılıb

 14:10 20.02.2021     402

Salyan Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən vətəndaş fevralın 19-da bir nəfərin barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu alması barədə məlumat verib. 

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Sarvan kənd sakini, əvvəllər məhkum olunmuş T.Əsədov müəyyən edilərək saxlanılıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.