Zaqatalada yanğın olub - FHN

Zaqatala rayonunda evdə yanğın olub.
Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonunun Mosul kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin çardağının yanar konstruksiyaları 5 m² sahədə və tavanı 1 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.