Şəmkirdə yanğın olub

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, ümumi sahəsi 42 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları 32 kvadratmetr sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.