İmişlidə avtomobil piyadaları vurub - Ölən var

 23:10 20.02.2021     272

İmişli rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.

İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolda dayanan iki piyadanı vurub. Hadisə nəticəsində piyadalardan biri dünyasını dəyişib, digəri isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır. //APA