Xırdalanda yaşayış binasında yanğın - FHN

 16:14 21.02.2021     152

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 77 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m² sahədə və qapı qismən yanıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.