Zaqatalada avtomobil 3 piyadanı vurub

 19:26 21.02.2021     255

Zaqatalada üç piyadanı minik avtomobili vurub.

Redaktor.az-ın məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib. 

Şəki rayon sakini, 1997-ci il təvəlldlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurulub. Qəza zamanı xəsarət alan  piyadalar  Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Piyadaların vəziyyətlərinin orta-ağır olduğu və müalicələrinin xəstəxanada davam etdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. //APA