Bakıda iki azyaşlı köməksiz vəziyyətdə qalıb

Sabunçu rayonunda iki azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.