Gəncədə yaşayış binasında yanğın olub - FOTO

Gəncədə yanğın olub.
Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Prospektində yerləşən 5 mərətəbəli binada qeydə alınıb.
Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, alovun digər evlərə keçməsinin qarşısı alınıb. Bina sakinləri təxliyə edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır. //APA


