Salyanda avtomobil 49 yaşlı kişini vurub

 23:14 21.02.2021     128

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayon mərkəzində qeydə alınıb.

Salyanın Birinci Varlı kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Mahir Əliş oğlu yolu keçən zaman minik avtomobili onu vurub. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alıb. M.Əhmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Report.az