Karantin rejimini pozan çayxana aşkarlanıb - Samux

 10:46 22.02.2021     540

Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi  aşkarlayıb. Obyekt sahibi-Xaliq Kərimov və müştərilər - Elşən Əliyev, Mehman Əhmədov və Bəylər Yusibov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.