Bərdədə mağazadan oğurluq edilib

 12:28 23.02.2021     777

Bərdə rayonunda mağazada oğurluq olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildiirlib ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bir mağazadan 480 manat pul, 2 439 manat dəyərində danışıq kartı, tütün məmulatı, lotereya biletləri, bir şərab evindən isə 1 184 manat dəyərində spirtli içki, tütün məmulatları və su oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini N.Novruzov saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən