İsmayıllıda ikimərtəbəli ev yanıb

 14:25 23.02.2021     2558

İsmayıllı rayonunun Qalacıq kəndində ümumi sahəsi 220 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Redaktor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.