Gədəbəydə yerli sakin avtomobilin altında qalıb

 22:51 23.02.2021     462

Gədəbəydə bədbəxt hadisə baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Qara Murad kəndin qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdü Ələsgərov Lətif Qəşəm oğlu özünə məxsus “QAZ 24” markalı avtomobilin altında qalaraq xəsarət alıb.

Dərhal  xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. 60 yaşlı kənd sakini şəkər xəstəsi olduğundan komaya düşüb. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //APA