Bakıda gənc oğlan bıçaqlanıb

 08:49 24.02.2021     371

Bakının Suraxanı rayonunda 21 yaşlı oğlan bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Quliyev Cavid Zahir oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. 

Onun qarnının ön divarı və döş qəfəsinə ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırılır. //APA