Bakı-Qazax yolunda 30 maşın toqquşub - DƏHŞƏTLİ QƏZA / VİDEO

 10:42 24.02.2021     2930

Bakı-Qazax magistral yolunda baş verən dəhşətli zəncirvari qəzanın görüntüləri yayılıb. 

Redaktor.az xəbər verir ki, magistralın Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınan yol qəzasında onlarla maşın toqquşub.

Yolun buz bağlaması nəticəsində təxminən 30 avtomobil bir-birinə dəyib.

Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur. Kadrlardan göründüyü kimi avtromobillərə ciddi ziyan dəyib. 

Dəhşətli qəzadan görüntüləri təqdim edirik: //Baku.ws