Sabirabadda qanunsuz ov edən şəxslər tutulub

 12:55 03.03.2021     296

Sabirabadda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Rayon polis Şöbəsi əməkdaşları tərəfindən martın 2-də Qaraqşlı kəndi ərazisində qanunsuz ov edən 5 nəfər  müəyyən edilib.

Saxlanılan şəxslərdən ov zamanı istifadə etdikləri 5 ədəd ov tüfəngləri götürülüb.