Nazirlik 39 nəfərə fəxri ad verdi

 14:18 04.03.2021     295

“5 mart – Bədən tərbiyəsi və idman günü” münasibətilə idmanın inkişafında və təbliğində xidmətləri olan idman mütəxəssislərinə fəxri adlar verilib.

Redaktor.az bildirir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, 39 nəfər fəxri ad alıb. 

Fəxri bədən tərbiyəsi və idman işçisi  – 19 nəfər;

Azərbaycan Respublikasının əməkdar məşqçisi  – 14 nəfər;

Respublika dərəcəli hakim  – 2 nəfər;

Əməkdar idman ustası  – 4 nəfər. //Oxu.az