Sabirabad sakinindən odlu silah götürülüb

 12:29 05.03.2021     239

Sabirabad sakinindən odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən martın 4-də Minbaşı kəndi ərazisində qanunsuz ov etdiklərinə görə Şirvan şəhər sakinləri A.Bədirov və R.Şirəliyev saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan “Tula” və “İJ-58” markalı ov tüfəngləri götürülüb.

Araşdırma aparılır.