Mingəçevirdə yaşayış binasında yanğın olub

 21:19 05.03.2021     229

Mingəçevirdə yaşayış binasında yanğın qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, hadisə axşam saatlarında N.Nərimanov küçəsində yerləşən 8 saylı binanın 3-cü mərtəbəsində baş verib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən lokallaşdırılıb.

Xəsarət alan yoxdur. //APA