Bakıda 81 yaşlı qocanı avtomobil vurub

 23:20 05.03.2021     238

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1940-cı il təvəllüdlü Eyvazov Edil Əli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona onurğanın bel nahiyəsinin əziyi diaqnozu qoyulub. //Report