Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

 10:15 06.03.2021     230

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Redaktor.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köhnə Xudat Qazmalar kənd sakini X. Əlimovdan və Hil kənd sakini E. Şirinəliyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.