Salyanda balıq oğruları saxlanılıb

 17:00 06.03.2021     276

Salyanda süni göldən balıq oğurlayıb satan şəxslər saxlanılıb.

Redaktor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini Z.Əmənovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı oradan 160 kiloqram “Çəki” balığı aşkar edilərək götürülüb. 

Araşdırmalarla həmin balıqların Qaraçala qəsəbəsindəki süni balıq göllərinin birindən oğurlanaraq Z.Əmənova satılması müəyyən edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürsəngi kənd sakinləri S.Bəbirov və S.Dünyamalıyev müəyyən edilərək saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.